Yayda uşaqlarda qusma və ishalın yaranma səbəbi açıqlandı

   Yayda uşaqlarda qusma və ishalın yaranma səbəbi açıqlandı
  25 Avqust 2021    Oxunub:1427
Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov yay mövsümündə uşaqların xəstələnməsi, qusma və ishal hallarına aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, E. Rəhimov bunun yay mövsümünə aid rotavirusla əlaqələndirib:

Baş pediatr peyvəndlə bağlı valideynlərə müraciət etdi
“Rotavirus yay mövsümündə sıx yayılır və insanda olur. Bu hər yanda ola bilər və insandan insana keçir. Böyüklər bu xəstəliyi uşaq vaxtı keçirdiyi üçün indi az hallarda xəstələnir. Amma uşaqlarda bu xəstəliyə tez-tez rast gəlinir. Uşaqlar rotavirusla xəstələnən zaman şəxsi gigiyenaya diqqət etmək lazımdır. Maye qəbul etmək vacibdir. Uşaq mayeni qəbul etmirsə, o zaman damar yolundan maye verilməlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər:   Yşaq   Xəstələnmə  





Xəbər lenti