XİN Qazaxıstana başsağlığı verib

XİN Qazaxıstana başsağlığı verib
  27 Avqust 2021    Oxunub:1297
Qazaxıstanda hərbi hissənin anbarında baş vermiş partlayış bizi çox kədərləndirdi.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Bu faciəvi hadisədə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına şəfa diləyirik”, - deyə qeyd olunub.

Qeyd edək ki, Qazaxıstanın Cambul vilayətində hərbi hissənin silah-sursat anbarında baş vermiş parlayışda 9 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

Azvision.az


Teqlər: XİN  



Xəbər lenti