Sabir Rüstəmxanlı: "Vaqif Poeziya Günlərinin bərpası tarixi hadisədir"

   Sabir Rüstəmxanlı:    "Vaqif Poeziya Günlərinin bərpası tarixi hadisədir"
  30 Avqust 2021    Oxunub:2003
Şuşanın işğaldan azad edilməsi, Azərbaycanın qədim mədəniyyət mərkəzinin ruhunun özünə qayıtması, ədəbiyyat adamlarının bura gəlişi, Vaqif məqbərəsinin və Poeziya Günlərinin bərpası son dərəcədə böyük bir tarixi hadisədir. Bu, bizim tariximizin parlaq səhifəsidir.
Şuşada İƏT-in Turizm üzrə Yüksək Səviyyəli Ekspertlər Qrupunun iclası keçirilib │FOTOLAR
Azvision.az xəbər verir ki, bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində jurnalistlərə müsahibəsində Xalq şairi Sabir Rüstəmxanlı deyib:

“Əslində, Şuşanın işğaldan azad olunması gücünü əsgərlərimizə bəxş edən Şuşanın ruhu idi, tarixi idi. Şəhid edilmiş vətəndaşlarımızın intiqamını almaq ehtirası idi. O qəhrəmanlığın nəticəsində poeziyamız da öz ənənəsini bərpa etdi, bu ənənə Vaqifin sözü, Şuşanın özü kimi əbədi olacaq”.

Azvision.az



Teqlər: Şuşa  



Xəbər lenti