Şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib - FOTO
Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün müharibə veteranlarına və şəhid ailələrinə diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Müharibə iştirakçılarının təltif edilməsi Vətənpərvər insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.
Sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif edilmiş bir qrup şəhidin ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.
Şəhid valideynlərindən Habil Məmmədov, İlham Abdullazadə və Aytən Eyvazova dövlətimizə minnətdarlıq edərək müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.
Azvision.az