Pakistan və taliblər arasında birbaşa müzakirələr başlayıb

Pakistan və taliblər arasında birbaşa müzakirələr başlayıb
  27 Mart 2014    Oxunub:1036
Şimali Vəziristan əyalətində Pakistan hökuməti və “Taliban” hərəkatının nümayəndələri arasında danışıqların birinci mərhələsi başa çatıb.

AzVision.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, müzakirələr əsasən atəşkəs rejiminin uzadılması ətrafında olub.

Taliblər ilk dəfədir ki Pakistan hökuməti ilə birbaşa danışıqlar aparır. Görüşlər Pakistanın baş naziri Nəvaz Şərifin təşəbbüsü ilə keçirilir.


Teqlər:





Xəbər lenti