Türklər Azərbaycanı yox, Gürcüstanı seçdi

Türklər Azərbaycanı yox, Gürcüstanı seçdi
  27 Mart 2014    Oxunub:780
Türkiyə Statistika İdarəsi ölkə vətəndaşlarının ən çox ziyarət etdikləri xarici ölkələrin siyahısını açıqlayıb.
AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, türklərin ən çox səfər etdikləri ölkələr arasında Azərbaycan ilk yerlərdədir. Belə ki, son statistikaya görə, türklər ən çox Gürcüstana (15,6 %) səfər edib.

Siyahıda digər yerlərdə Bolqarıstan, Azərbaycan və Almaniya qərarlaşıb. Ümumilikdə ötən il 7,5 milyon Türkiyə vətəndaşı xarici səfərlərdə olub. 5,3 milyard lirə səfərlərə pul xərclənib.

Statistikaya görə, ölkə xaricinə çıxan Türkiyə vətəndaşlarının 4,2 faizi Azərbaycana səfər edib.

Anar


Teqlər:  





Xəbər lenti