Rusiya yeni hücum planını təsdiqlədi

Rusiya yeni hücum planını təsdiqlədi
  27 Mart 2014    Oxunub:892
“Rusiya qoşunları artıq Dnesteryanı və Ukraynanın cənub-şərq hissəsində hücuma keçmək üçün hazır vəziyyətdədir”.
Bu barədə informasiyanı Qərb mətbuatına Mərkəzi Kəşfiyyat İdarəsinin adının çəkilməsi istənməyən yüksək vəzifəli şəxsi ötürüb.

O, Rusiya ordusunun Kiyev üçün təhlükəli olması ilə bağlı sənədlərin artıq ABŞ prezidentinin masası üzərində olduğunu bildirib: “Ruslar Dnesteryanı və Ukraynanın cənub-şərqində artıq öz qoşunlarını yerləşdiriblər. Saylarının dəqiq nə qədər olduğu bilinmir. Bilinən təkcə odur ki, Kiyev təhlükədədir. Bu, Çeçenistan və Gürcüstan müharibəsindən öncəki situasiyanı xatırladır. Əgər onlar hərəkətə keçsə, o zaman Ukraynanın bölünəcəyi dəqiq faktdır”.

Qeyd edək ki, bir müddət öncə Ukrayna mətbuatı ölkənin cənub-şərq sərhədində Rusiyanın 30.000 qoşun topladığı haqqında informasiya yaymışdı.


Teqlər:





Xəbər lenti