Avropa krımlıları `arzuolunmaz`elan etdi

Avropa krımlıları `arzuolunmaz`elan etdi
  27 Mart 2014    Oxunub:1042
Krım və Qarabağ sakinləri «arzuolunmaz şəxs» elan edilib
Avropa Birliyi Krımdakı Rusiya vətəndaşlarına Şenqen Vizası (C-Viza) da daxil olmaqla bütün növ Avropa vizalarının verilməsini qadağan edib.

Bu cür qanunlar artıq Abxaziya, Dnestryanı, «Dağlıq Qarabağ» və sair tanınmamış dövlətlərə aiddir.

AB-nin Rusiyada nümayəndəliyinin mətbuat xidmətindən bildirilib ki, bu addıma səbəb onların Krımın RF-ya ilhaqını qəbul etməmələridir.

Beləliklə, Krımda daimi yaşayan və Rusiya vətəndaşlığı olan istənilən şəxs viza üçün AB-nin Ukraynadakı uyğun strukturuna müraciət etməlidir.

Qeyd edək ki Şenqen razılığı imzalayan ölkələr və bir sıra başqa Avropa dövlətləri Şimali Kipr, Abxaziya, «Dağlıq Qarabağ Respublikası», Dnestryanı və Cənubi Osetiya vətəndaşlarının pasportunu tanımır.

AzVision.az


Teqlər:





Xəbər lenti