Timoşenko prezidentliyə namizəd olacaq

 Timoşenko prezidentliyə namizəd olacaq
  27 Mart 2014    Oxunub:1213
O, “Batkovşina” partiyasından Ukrayna prezidentliyinə namizəd olmaq fikrindədir.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, sabiq baş nazir Yuliya Timoşenko Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

“Bəli. Mən Ukrayna prezidenti olmağa namizədəm. Martın 29-da “Batkovşina” partiyasının qurultayında mən xahiş edəcəm ki, prezidentliyə namizəd seçilim”-deyə Timoşenko bildirib.

Xatırladaq ki, “Batkovşina2 partiyasının mütəffiqi olan “UDAR” partiyasının sədri Vitali Kliçko da 25 may seçkilərinə namizədliyini irəli sürmək fikrində olduğnu deyib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti