Türkiyədə daha bir kaset skandalı

Türkiyədə daha bir kaset skandalı
  28 Mart 2014    Oxunub:1169
Türkiyənin Kanaltürk televiziyasında yayımlanan “Fərqli baxış” proqramında qonaq olan CHP başqanı Kamal Kılıçdaroğlu şok faktlar açıqlayıb.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Kılıçdaroğlunun iddiasına görə, o, baş nazir Rəcəb Tayyib Ərdoğan CHP-nin keçmiş başqanı Dəniz Baykalın kasetini izləyib. Hətta bunu izlərkən baş naziri videoya çəkiblər.

Kılıçdaroğlu bildirib ki, Ərdoğanın həmin kasetini özü də görüb. Bundan əlavə Dəniz Baykal da həmin kaseti izlədiyinə görə, Ərdoğanı məhkəməyə verir.

CHP başqanı həmçinin bildirib ki, Ərdoğan qədər yalan danışan adam görməyib.

Kılıçdaroğluna niyə indiyə kimi bunu açıqlamadığı soruşulduqda isə o, belə cavab verib:” İndiyə kimi əlimdə fakt yox idi. Amma həmin andan ibarət fotolar əlimə keçdikdən sonra indi açıqladım. “

Emin Piri


Teqlər:





Xəbər lenti