Ukraynalılar erməni nazirin istefasını tələb edir

Ukraynalılar erməni nazirin istefasını tələb edir
  28 Mart 2014    Oxunub:888
“Sağ sektor” Ali Rada önündə keçirdiyi aksiyadan sonra bütün Ukrayna ərazisində qadağan oluna bilər.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Viktor Yanukoviç hakimiyyətinin devrilməsində əsas rollardan birini oynayan “Sağ sektor” hərəkatı ötən gecə Ali Radanın önündə toqquşmalarla müşayiət olunan nümayiş keçiriblər.

Hərəkat üzvləri əsas liderlərindən biri Aleksandr Muzıçkonun martın 25-də polis tərəfindən keçirilən xüsusi əməliyyat zamanı öldürülməsinə etiraz ediblər. Onlar Muzıçkonun öldürülməsinə görə, erməni əsilli Ukrayna Daxili Uİşlər naziri Arsen Avakovun istefasını tələb ediblər. Avakov isə öz növbəsində Muzıçkonun öldürülməsi ilə bağlı audio-video yazıların ictimaiyyətə təqdim ediləcəyini və istefa verməyəcəyini bildirib.

Hadisə ilə bağlı təcili toplaşan Ukrayna güc strukturları “Sağ sektoru”un qanundan kənar elan olunmasını müzakirə ediblər.

Xatırladaq ki, partiyaya çevrilən “Sağ sektor” sədri Dmitri Yaroş mayın 25-də keçiriləcək Ukrayna prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti