“Azərbaycan radikalizm və separatizmi pisləyir” - VİDEO

“Azərbaycan radikalizm və separatizmi pisləyir” - VİDEO
  28 Mart 2014    Oxunub:1264
`Azərbaycan ekstremizmin, radikalizmin və separatizmin bütün forma və əlamətlərini pisləyir`.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev bildirib. BMT-nin saytında yer alan xəbər görə, Tofiq Musayevin çıxışı BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyün dəstəkləyən qətnamə qəbul etməsi ilə bağlı olub. Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Azərbaycanın beynəlxalq münasibətlər və beynəlxalq hüququn əsasını təşkil edən suverenitet, ərazi bütövlüyü və dünya tərəfindən tanınan sərhədlərin toxunulmazlığı prinsiplərini dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, ötən gün BMT Baş Assambleyasının iclasında Krımdakı referendum böyük səs çoxluğu ilə qanunsuz sayılıb. Sənəddə Baş Assambleyanın “2014-cü il martın 16-da Krım Muxtar Respublikasında və Sevastopol şəhərində keçirilən referendumun qanuni qüvvəyə malik olmadığı” vurğulanıb. Assambleya bütün dövlətləri, beynəlxalq təşkilatları və ixtisaslı müəssisələri Krım və Sevastopolun statusunun dəyişməsini tanımamağa səsləyib. Bundan başqa “bu statusun dəyişməsini qəbul etmək kimi başa düşüləcək heç bir addım ya da fəaliyyətdən” uzaq olmağa çağırış yer alıb.

Qətnaməyə görə, BMT Baş Assambleyası “Ukraynanın beynəlxalq birlikdə qəbul olunmuş sərhədlərini, suverenitetini, siyasi müstəqilliyini və ərazi bütövlüyünü tanıyır. Qeyd edək ki, BMT-də bu məsələ müzakirə olmazdan qabaq Azərbaycanın Ukraynadakı səfirliyi Ukraynanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən dəstəkləndiyi barədə məlumat yaymışdı. Səsvermə zamanı Azərbaycan doğurdan da Ukraynanın ərazi bütövlüyü leyhinə səs verdi. Eyni vaxtda, Ukraynanın ərazi bütövlüyünə qarşı Ermənistan, Belarus, Boliviya, Kuba, Şimali Koreya, Rusiya Federasiyası, Sudan, Suriya, Venesuela, Zimbabve, Nikaraqua səs veriblər.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayevin çıxış ilə aşağıda tanış olmaq olar.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti