Ukraynalı polkovnik: `Azərbaycana təşəkkür edirəm!`

Ukraynalı polkovnik: `Azərbaycana təşəkkür edirəm!`
  01 Aprel 2014    Oxunub:1155
`Mən bütün səviyyələrdə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə Azərbaycana təşəkkür edirəm. Azərbaycan əməldə sübut etdi ki, dost, hətta daha artıq – qardaş dövlətdir. Bizi çətin məqamda tərk etmədi. Biz bu məqamda gördük ki, kim dostdur, kim o qədər də deyil, kim isə özünü sadəcə, dost kimi göstərib`.

Bu sözləri Ukrayna Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, polkovnik Dimitri Tımçuk vesti.az-a müsahibəsində deyib. Krımın anneksiyasını dəstəkləyən Ermənistan, Belorus və digər MDB ölkələrinin mövqelərinə toxunan Tımçuk bildirib ki, `onlar Kremlin cibində olduqlarından, ayrı şey gözləməyinə də dəyməzdi`.

- Hazırda Ukrayna hakimiyyəti sərt mövqe ortaya qoymur və baş verənləri öz adı ilə çağırmır, Rusiya ilə ticarəti davam etdirir. Amma Ukraynanın ərazi bütövlüyünün pozulmasına dəstək verənlərlə dosluğun sərhədlərini birdəfəlik olaraq cızmaq lazımdır. Bu, ağır olacaq, amma ağrılı addımı birdəfəlik atmaq həmişə kürəyinə saplana biləcək bıçaq qorxusu ilə yaşamaqdan daha yaxşıdır,- deyə o, vurğulayıb.

Rus ordusunun Ukraynaya girə biləcəyi haqda şayiələri şərh edən ekspert bildirib ki, vəziyyət doğrudan da, ağırdır: `Üç həftə əvvələ qədər biz Rusiyaya müqavimət göstərə biləcək gücdə deyildik. Amma son üç həftə ərzində Müdafiə Nazirliyi qismən səfərbərlik aparıb. 20.000 insanı çağırıb və siahlandırıblar. Bununla belə, ölkənin cənub və şərq rayonlarını möhkəmləndirmək mümkün olmayıb. Ordunun döyüş qabiliyyəti də çox aşağıdır.Amma mənəvi-psixoloji vəziyyət yüksəkdir, insanlar əllərinə silah alaraq, Vətəni müdafiə etməyə hazırdırlar.

Hərçənd, Rusiyanın Ukraynaya hərbü müdaxiləsi və iki ordunun üz-üzə gəlmək ehtimalı çox aşağıdır. Biz separatçı hərakatların qalxmasını daha real hesab edirik. Hazırda da bu kart oynanılır. Sonra isə “referendumda şəffaflığı təmin etmək” adı altında həmin bölgələrə Rus qoşunları yeridilə bilər. Yəni Krım ssenarisinin tətbiqi mümkündür`.

Tərcümə: AzVision.az


Teqlər:





Xəbər lenti