Rusiya Ukraynadan geri çəkilir - VIDEO

Rusiya Ukraynadan geri çəkilir - VIDEO
  01 Aprel 2014    Oxunub:1215
Ukraynada isə gərginlik davam edir.
Müvəqqəti hökumətin ölkədə hələ də əmin-amanlığı bərpa edə bilməməsi bəzi radikal qrupların özbaşnalığı üçün münbit şərait yaradıb. Xəbər verdiyimiz kimi ötən gecə radikal sağ sektor adlanan qrupun üzvləri daha bir cinayət faktı törədib. Kiyevin mərkəzində sağ sektor üzvü Maydanın özünümüdafiə qüvvələrini atəşə tutub.Hadisə nəticəsində özünümüdafiə qüvvələrinin iki fəalı və bir vətəndaş yaralanıb. Yaralılardan biri şəhər administrasiyası rəhbərinin 1-ci müavini Boqdan Dubasdır.

Bəzi mətbuat mənbələrindən isə radikallar tərəfindən açılan atəş nəticəsində 2 nəfərin öldüyü, bir nəfərin isə ağır yaralandığı bildirilir.

Qeyd edək ki, İnsidentdən dərhal sonra daxili işlər nazirliyinin göstərişi ilə sağ sektor üzvlərinin fəaliyyətinə qadağa qoyulub. Cinayəti törədən şəxslər saxlanılıb.

Bütün bunların fonunda Ukrayna prezidentliyə ən şanslı namizədlərindən hesab edilən Petro Paroşenko Maydanı ziyarətdən sonra açıqlamalar verib. Rusiya ilə münasibətlərə toxunan şokolad kralı bildirib ki, Rusiya Krımdan qoşunu geri çəkərsə, yeni hökumət danışıqlar masasına oturmağa və Sevastopola xüsusi status verməyə hazırdırlar.

Rusiya isə belə görünür ki, artıq geri çəkilir. Həftənin birinci günü rəsmi Moskva qoşunların qismən geri çəkilməsi ilə bağlı əmr verib. Ötən gün Almaniya kansleri Angela Merkellə telefonla danışan Rusiya prezidenti Vladimir Putin sərhəddəki ordu sayının azaldıldığını diqqətə çatdırıb. Kiyev isə bütün bunlara baxmayaraq, Moskvaya ultimatum verməyə hazırlaşır.

Ukrayna hökumətini bu cür davranmağa vadar edən isə baş nazir Dmitri Medvedyevin yarımadaya səfəri olub.

Bu arada NATO xarici işlər nazirləri Ukraynaya yardım etmək məqsədilə Brüsselədə görüşməyə qərar veriblər. Qeyd edək ki, 28 ölkənin xarici işlər nazirləri ilk dəfədir ki, Krımın Rusiyaya birləşməsi ilə yaranan böhranla bağlı bir araya gələcəklər.



AzVision.az


Teqlər:  





Xəbər lenti