İtkin hərbçillərin yaxınları İrəvanda aksiya keçiriblər

İtkin hərbçillərin yaxınları İrəvanda aksiya keçiriblər
  07 Dekabr 2021    Oxunub:958
Azərbaycanda saxlanılan erməni məhbusların, itkin düşmüş hərbçilərin valideynləri və yaxınları etiraz aksiyası keçiriblər. Onlar Ermənistanın hökumət binasına toplaşıblar.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, etirazçıların hiddətinə səbəb Ermənistan parlamentinin spikeri Alen Simonyanın məhbuslarla bağlı qalmaqallı açıqlamaları olub.

Erməni spiker: "Mənim üçün erməni əsir yoxdur"- VİDEO
-Uşaqları böyütdük ki, onlar əsgərləri qarşı tərəfə təslim etsinlər?Hətta fərari desinlər? Uşaqlarınız bir-iki gün evdə gecələməsə, sizin halınız necə olar? Bizim övladlarımız isə artıq bir ildir "əsirlikdədir", - itkin düşən əsgər Arsen Qukasyanın qohumu deyib.

Etirazçı onu da əlavə edib ki, hazırda valideynlər ölkənin müxtəlif bölgələrindən İrəvana axın edirlər. O, erməni məhbusların və itkin düşən əsgərlərin yaxınlarını təcili hökumət binasına gəlməyə çağırıb.

Xatırladaq ki, bu gün sosial şəbəkədə spiker Simonyanın erməni cəmiyyətində etiraza səbəb olan qalmaqallı videosu yayılıb. Ermənistan parlamentinin sədri məhbusların artıq onun üçün mövcud olmadığını deyib. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq, qaçıblar və itkin düşüblər ki, nəticədə də onlar qarşı tərəfə əsir düşüblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Etiraz   Ermənstan  





Xəbər lenti