İrəvanda etirazçılar yolları bağlayıblar- CANLI

   İrəvanda etirazçılar yolları bağlayıblar- CANLI
  07 Dekabr 2021    Oxunub:2029
Azərbaycanda həbs edilmiş və müharibə zamanı itkin düşmüş erməni hərbçilərin valideynləri etiraz aksiyalarını davam etdirirlər.
AzVision.az xəbər verir ki, bu gün hökumət binasının qarşısına toplaşmış valideynlər axşam saatlarında Tiqran Mets prospektini, eləcə də hökumət binasının yerləşdiyi Respublika meydanına gedən digər küçələri bağlayıblar.

İtkin hərbçillərin yaxınları İrəvanda aksiya keçiriblər
Yerli media yazır ki, polis əməkdaşları etirazçıların qarşısını almağa çalışıb. Nəticədə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında mübahisə yaranıb.

- Aksiya iştirakçıları Tiqran Mets prospektinə gedərək polisdən onların hərəkətlərinə mane olmamağı tələb ediblər. “Oğlumu geri qaytarmağın yeganə yolu budur, lütfən, qarşımızı, yolumuzu kəsməyin”, - etirazçılardan biri deyib. Aksiyaçılardan bəziləri yola çıxaraq avtomobillərin hərəkətini dayandırmağa çalışıb. Hətta etirazçılardan biri asfalta uzanıb. Onun yanında daha bir neçə valideyn də əyləşib.



Xatırladaq ki, bu gün itkin hərbçilərin yaxınları etiraz aksiyasına başlayıblar. Ermənistan parlamentinin spikeri Alen Simonyanın məhbuslarla bağlı qalmaqallı açıqlamalarını əks etdirən videosu onların hiddətinə səbəb olub. Parlament sədri məhbusların artıq onun üçün mövcud olmadığını deyib. Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq, qaçıblar və itkin düşüblər ki, nəticədə də onlar qarşı tərəfə əsir düşüblər.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti