2 saat çəkən Putin-Bayden görüşü yekunlaşıb

      2 saat    çəkən Putin-Bayden görüşü yekunlaşıb
  07 Dekabr 2021    Oxunub:1315
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında təşkil edilmiş videogörüş sona çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, görüş 2 saat davam edib.

Putin və Bayden videobağlantı ilə danışıqlar aparır
-Görüş qapalı videobağlantı vasitəsilə baş tutub. Jurnalistlərə ilk ünsiyyət kadrları göstərilib, daha sonra isə görüş bağlı qapılar arxasında keçirilib,-yerli media yazıb.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tədbirdən öncə demişdi ki, bu, kifayət qədər ətraflı və uzun video konfrans olacaq.

Xatırladaq ki, bu, iki ölkə liderlərinin ikinci görüşüdür. İlk görüşü bu ilin iyununda təkbətək danışıqlarla Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə etmişdilər.

AzVision.az




Teqlər:   Putin   Bayden  



Xəbər lenti