"Müharibə bu 3 qaynar nöqtədən birində başlayacaq"- "Wall Street Journal"

   "Müharibə bu 3 qaynar nöqtədən birində başlayacaq"-   "Wall Street Journal"
  07 Dekabr 2021    Oxunub:2217
"Wall Street Journal"ın köşə yazarı Cerald Seib, ABŞ üçün təhlükə yarada biləcək üç münaqişə riskinin artdığını yazıb. O qeyd edib ki, hazırda Birləşmiş Ştatlar və onun müttəfiqləri təhlükəli anlar yaşayırlar.
"Bəlkə də bir çox amerikalıların düşündüyündən də təhlükəli anlar yaşanır”- yazıb.

Seib ehtimal olunan münaqişələr arasında birinci kimi Rusiyanın Ukraynaya hücumunu vurğulayıb. Arqument olaraq Rusiya hərbçilərinin Ukrayna ilə sərhəd yaxınlığında cəmləşməsini göstərib.

"National Interest": Yeni dünya müharibəsi 2034-cü ildə başlaya bilər
O ikinci mümkün qaynar nöqtə kimi Çinin Tayvanda əməliyyatlara başlamasını qeyd edib.

- Çin prezidenti Si Tszinpin Tayvanı Pekinin nəzarəti altına almaq niyyətini açıq şəkildə ifadə edən Çin liderlərinin sonuncusudur, - nəşr yazıb.

Üçüncü təhlükə isə İranın nüvə proqramı ilə bağlı danışıqların pozulması ehtimalıdır.

-İranın danışıqlardakı aqressiv mövqeyindən və uranın zənginləşdirilməsinin gücləndirilməsindən belə nəticə çıxır ki, Tehran ən azı nüvə həddinə çatmaqda qərarlıdır, - Seib yazıb. O, ABŞ-ın İranın nüvə statusu ilə barışacağını etiraf edib, lakin İsrailin də belə bir vəziyyətlə razılaşacağını istisna edib.

-Bu isə o deməkdir ki, hərbi əməliyyatların perspektivi hər gün daha da kəskinləşir, - deyə müəllif məqaləsini yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Müharibə   ABŞ   Çin   Ukrayna   İran  





Xəbər lenti