Ermənistanda aksiya: Etirazçılar spikerlə görüş tələb edirlər- CANLI

      Ermənistanda aksiya:   Etirazçılar spikerlə görüş tələb edirlər-   CANLI
  08 Dekabr 2021    Oxunub:1141
İtkin düşən və həbs edilərək Azərbaycanda saxlanılan erməni hərbçilərin yaxınları İrəvanda etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, aksiya iştirakçıları Dəmirçiyan küçəsində parlamentin girişinə toplaşaraq spiker Alen Simonyanla görüş tələb edirlər.
Fəallardan biri və itkin düşən hərbçinin qohumu Arsen Qukasyan bildirib ki, etirazçılar gecəni Ermənistan parlamentinin qarşısında keçirib və spikerlə danışmaq istəyiblər. Onun sözlərinə görə, bir neçə deputat onlarla danışıb, lakin söhbət qısamüddətli olub.

İrəvanda etirazçılar yolları bağlayıblar- CANLI
- İqtidarı təmsil edən bəzi deputatlar etirazçıları sakitləşdirməyə və Simonyanın sözlərinə bəhanə tapmağa çalışsalar da, valideynlər spikerin şəxsən görüşə gələrək dediklərinə cavab verməsini tələb edirlər,-yerli media yazıb.

Qeyd edək ki, dekabrın 7-də axşam saatlarında etirazçılar Respublika meydanını bağlayıb və bir neçə saat hökumət binasında olublar. Onlar sosial mediada yayılmış qalmaqallı video ilə bağlı izahat tələb etsələr də, etirazçılarla görüşə heç kim çıxmayıb. Bundan başqa, Şirak bölgəsindən olan məhbusların qohumları da vilayət administrasiyasının binasına toplaşaraq qubernator Nazeli Bağdasaryanla görüş tələb ediblər.



Xatırladaq ki, dünən sosial şəbəkələrdə Ermənistan parlamenti rəhbərinin erməni məhbuslarla bağlı sərt fikirləri olan video yayıldı. O Azərbaycanda saxlanılan ermənilərin onun üçün əsir sayılmadığını etiraf edib. Simonyan həmin hərbçiləri fərari adlandıraraq, əsgərləri silahı ataraq qaçmaqda da ittiham edib. Bu da əsgər valideynlərinin qəzəbinə səbəbə olub. Spiker özü isə jurnalistlərə izahat verib ki, video montaj edilib, açıqlamaları tam təqdim olunmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   Ermənistan   Spiker   Etirazçı  





Xəbər lenti