Polis İrəvanda etirazçılara zor tətbiq edib- VİDEO

   Polis İrəvanda etirazçılara zor tətbiq edib-   VİDEO
  08 Dekabr 2021    Oxunub:1161
Ermənistanda iki gündür etiraz aksiyaları keçirilir. AzVision.az xəbər verir ki, itkin düşən və həbs edilərək Azərbaycanda saxlanılan erməni hərbçilərin yaxınları spikerlə görüş tələb edirlər.
Etirazçıların hiddətinə səbəb isə Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın "erməni əsirlər"lə bağlı qalmaqallı açıqlama verməsi olub.

Ermənistanda aksiya: Etirazçılar spikerlə görüş tələb edirlər- CANLI
Erməni mediası ölkənin artıq Serj Sarkisyan dövründə olduğu kimi azadlıqların məhdudlaşdırılması zamanına qayıtdığını yazıb. Buna sübut olaraq bu gün polis və "qırmızı beretlilər"in etiraz aksiyasına toplaşanlara qarşı güc tətbiq etməsi, dinc aksiya keçirənlərin zorakılıqla üzləşməsi göstərilib.

- İrəvanda hərbçilərin yaxınları etiraz aksiyası keçirirlər, "qırmızı beretlilər" isə Baqramyan prospektini bağlayan vətəndaşlara güc tətbiq edərək onları ərazidən zorla uzaqlaşdırıb. On nəfər etirazçı valideyn artıq polis bölməsinə aparılıb. Bu da bizim sərbəst toplaşmaq azadlığımız,-məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Polis   Ermənistan   Aksiya  





Xəbər lenti