Xaşukçinin "qatil"i sərbəst buraxılacaq

   Xaşukçinin    "qatil"i sərbəst buraxılacaq
  08 Dekabr 2021    Oxunub:1370
Dünən həbs edilən jurnalist Camal Xaşukçinin "qatil"i tezliklə sərbəst buraxılacaq.
AzVision.az xəbər verir ki, bu barədə "Figaro" məlumat yayıb. Bildirilir ki, Fransada hava limanında şübhəli şəxs qismində saxlanılan 33 yaşlı səudiyyəli Xalid əl-Otaibi əsl qatilin sadəcə adaşı olubmuş. Bu səbəbdən də o cümə axşamı sərbəst buraxılmalıdır.

Xaşuqçinin qatili Fransada saxlanıldı
"Figaro" yazır ki, saxlanılan şəxsin şəxsiyyətini araşdıran Paris prokurorluğu ortada bir yanlışlığın olduğunu, onun axtarışda olan qatillə sadəcə eyni ad daşıdığını bəyan etməlidir.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Xaşukçi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedərkən qətlə yetirilmişdi. Onunla birgə gələn nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olundu.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qatil   Fransa  





Xəbər lenti