Müxalifət səslərin düzgün hesablanmadığını iddia edir
“Səslərimizin oğurlanması ehtimalı ilə əlaqədar İstanbulun hər rayonundakı və hər qutudakı hesablamaları diqqətlə araşdırırıq. İstanbuldakı nəticələri bütün seçicilərin qəbul edə bilməsi üçün səsləri yenidən saymaq lazımdır”.
Mustafa Sarıgül bildirib ki, nəticə nə olursa-olsun, 30 mart seçkiləri Türkiyənin demokratiya tarixinə ən ləkəli seçki kimi düşüb. Səslər sayılarkən bir çox məntəqədə işıqları kəsildiyini deyən Sarıgül, iqtidarın qadağalar şəraitində keçirdiyi seçkini demokratiya kimi təqdim etmək istəyini bildirib.
CHP İstanbul təşkilatının rəhbəri Oğuz Kaan Salıcı isə bir çox məntəqədə real nəticələrlə elektron sistemə ötürülən məlumatlar arasında fərqlər aşkarladıqlarını açıqlayıb. CHP paytaxt Ankarada da səslərin yenidən sayılmasını tələb edib. Səslərin, hələ ki, 99,38 faizi sayılıb. Ümumi sayılan səslərin ilkin nəticələrinə görə isə, AKP partiyasından Rəcəb Tayyib Ərdöğan hələki liderdir.
Ans Press