Erməni deputat: "Müharibədə yaralananlara baxan yoxdur"

      Erməni deputat:   "Müharibədə yaralananlara baxan yoxdur"
  13 Dekabr 2021    Oxunub:966
Qarabağ separatçılarının təhlükəsizlik üzrə keçmiş "müşaviri", deputat Tiqran Abrahamyan ölkəsində müharibə iştirakçılarına diqqət göstərilməməsindən gileylənib.
AzVision.az xəbər verir ki, yerli mediaya açıqlama verən erməni deputat müfdafiə naziri Suren Papikyanı da konkret faktlarla ittiham edib.

"Facebook" da Njde Melkonyanı terrorçu sayır
- Təxminən bir ay əvvəl 44 günlük müharibədə iştirak edərək yaralanmış vətəndaş ərizə müraciət edərək ona qarşı ədalətsiz rəftarın, özbaşınalığın olmasından şikayətləndi. Mən bu məsələ ilə bağlı tələsik müdafiə nazirinə məktub göndərdim. Amma Ermənistan qanunlarına zidd olaraq məktubum hələ də cavabsız qalır. Başqa sözlə, hakimiyyətə görə insanları yalnız orduya çağırmaq olar. Amma yaralıların problemini görməzdən gəlmək lazımdır. Müdafiə naziri nə işlə məşğuldur? Daxili siyasi mesajlar hazırlayır, həmkarlarının itkin düşənlər və ya məhbuslarla bağlı bəyanatlarını səssizcə qəbul edir? Heç olmasa unutmayın ki, müharibə bitməyib, ölkənin müdafiəsi həmin atılmış insanların çiynindədir,-erməni deputat müdafiə nazirinə hiddətləni gizətməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Deputat   Erməni  



Xəbər lenti