Yüksək rütbəli erməni zabitlər həbs edildi

// Çadır oğurluğunda "qəhrəmanlıq" göstərdiklərinə görə

   Yüksək rütbəli erməni zabitlər həbs edildi
  13 Dekabr 2021    Oxunub:2262
Ermənistanda yüksək rütbəli hərbçilər həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qeyd edilir ki, aparılan araşdırmaların nəticələrinə əsasən İstintaq Komitəsi müəyyən edib ki, 2021-ci ilin iyul ayında müdafiə nazirliyinin kommunal əməliyyatlar üzrə rəis müavini, polkovnik-leytenant A.K. ilə hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant T.P.-nin törətdikləri cinayət əməlləri sübut olunub.

Erməni deputat: "Müharibədə yaralananlara baxan yoxdur"
Bildirilir ki, hər iki şəxs bir neçə hərbi ləvazitatların 44 günlük müharibə zamanı hərbi əməliyyatlar nəticəsində yalandan itirilmiş kimi qeydə alıb. Beləliklə, ümumi dəyəri 6 milyon 726 min dram olan çadırlar oğurlanıb.

Daha sonra A.K. və T.P. oğurlanmış çadırların yenidən Müdafiə Nazirliyinə satılması ilə bağlı cinayət addımı ataraq müqavilə sənədi təşkil ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Cinayət   Hərbçi  



Xəbər lenti