|
| İrəvanda daha bir qalmaqallı istintaq başa çatıb: Eks-baş nazir dindirilib |
- Bununla da “əvvəlkilər”ə göstərməyə çalışırlar ki, hər şey onların öz əllərindədir və lazım gələrsə, işə başlayacaqlar. Məsələn, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş baş prokuror Aqvan Hovsepyanın işi üzrə istintaqın başa çatdığını elan edib. Amma məlum olur ki, bu işin ayrıca hissəsi üzrə istintaqın davam etdirilməsinə qərar verilib,-qəzet yazıb.
Nəşr xüsusi olaraq qeyd edir ki, ibtidai istintaq orqanları keçmiş məmurlara qarşı açılan digər işlərə münasibətdə bu yanaşmadan istifadə edəcəklər.
- Görək sırada kim olacaq, - "Joğovurd" yeni qalmaqallı cinayət işlərinin açılacağına eyham vurub.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hazırda həbsdə olan Ermənistanın keçmiş baş prokuroru Aqvan Hovsepyana qarşı başlanmış cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını elan edib. Bu məlumatı sabiq məmurun vəkili Erik Aleksanyan təsdiqləyib və işin "uydurma" olduğunu vurğulayıb.
Xatırladaq ki, sabiq baş prokuror qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunub.
Bundan öncə isə ölkədə səs-küyə səbəb olan bir neçə cinayət işləri qaldırılıb. Bunların arasında eks-müdafiə naziri David Tonoyanın istintaqı daha çox diqqət çəkir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


