İrəvanda daha bir qalmaqallı istintaq başa çatıb: Eks-baş nazir dindirilib

   İrəvanda daha bir qalmaqallı istintaq başa çatıb:    Eks-baş nazir dindirilib
  17 Dekabr 2021    Oxunub:1203
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi keçmiş baş prokuror, hazırda həbsdə olan Aqvan Hovsepyan barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqın başa çatdığını elan edib. AzVision.az xəbər verir ki, bu barədə cümə günü "Joğovurd" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, yayılan informasiyanı sabiq məmurun vəkili Erik Aleksanyan da təsdiqləyib və o işin uydurma olduğunu vurğulayıb.

"Armlur.am" isə yazır ki, istintaq çərçivəsində Ermənistanın keçmiş baş naziri Ovik Abramyan , Təhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryan , deputatlar və digər rəsmi şəxslər də dindirilib.

"Tonoyan işi" uzanır: "KQB zirzəmisi"ndə olan Qalstyanın səhhəti pisləşib
İstintaqın məlumatına görə, Hovsepyan 2004-2013-cü illərdə baş prokuror, o cümlədən 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olarkən, faktiki olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə edilməsində iştirak edib. Bundan başqa, istintaq belə nəticəyə gəlib ki, Hovsepyan külli miqdarda - 190 milyon dram (385 min dollar-red.) rüşvət alıb, həmçinin 800 milyon dram (1,6 milyon dollar-red.) məbləğində əmlak oğurluğu da edib. Hovsepyan çirkli pulların yuyulmasında da ittiham olunur. Təxminən 1,3 milyard dram (2,6 milyon dollar-red.)

Sabiq baş prokuror qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulmasına görə cavab verəcək.

Qeyd edək ki, Ermənistanda son bir ildə yüksək rütbəli məmurlara qarşı xeyli sayda cinayət işi qaldırılıb. Bunların arasında eks-müdafiə naziri David Tonoyan da var ki, hazırda onunla bağlı cinayət işi davam etdirilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   İstintaq   Cinayət-İşi  





Xəbər lenti