"Ermənilər ölkəni ağlayaraq tərk edirlər"- Sarkisyan

   "Ermənilər ölkəni ağlayaraq tərk edirlər"-   Sarkisyan
  18 Dekabr 2021    Oxunub:1032
Ermənistanın eks-prezidenti, hərbi cani Serj Sarkisyan ölkəsinin düşdüyü ağır durumdan gileylənib. O, Ermənistanın hər beşinci sakininin hakimiyyətin siyasəti ucbatından ölkəni tərk etdiyini deyib.
AzVision.az xəbər verir ki, Sarkisyan bu barədə "Respublika" partiyasının 17-ci qurultayında çıxışı zamanı deyib.

İrəvanın yeni strategiyası: İstintaq keçmiş məmurlara qarşı cinayət işlərini bölür
- Bu gün hər beş nəfərdən biri ölkəni tərk edir. İndi biz bu qurultayı keçirən zamanda da insanlar Ermənistanı "Zvartnots" hava limanından göz yaşları ilə tərk edirlər. Bu il ölüm və doğum göstəriciləri bərabərləşib, demoqrafik böhran var, - Sarkisyan erməni cəmiyyətinin düşdüyü ağır durumdan şikayətlənib.

Ermənistanın üçüncü prezidenti hesab edir ki, belə acınacaqlı vəziyyətin yaranmasına səbəb vətənsiz və xalqı aşağılayan hakimiyyətin davranışlarıdır.

Qeyd edək ki, Sarkisyanın 10 illik prezidentliyi dövründə rəsmi olaraq 373 min insanın Ermənistanı tərk edərək geri qayıtmadığı bildirilir (illik orta hesabla təxminən 37 min-red.). Qeyri-rəsmi isə bu rəqəmin yarım milyondan çox olduğu deyilir. Yerli media 1991-ci ildə Ermənistanda 77 000, 2017-ci ildə 37 700, 2020-ci ildə isə cəmi 36 448 uşağığın doğulduğunu yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Sarkisyan  



Xəbər lenti