Paşinyan Soçi Brüssel görüşündən sonra sülhün baş tutmasına inanır

   Paşinyan    Soçi    və    Brüssel    görüşündən sonra sülhün baş tutmasına inanır
  20 Dekabr 2021    Oxunub:1189
Ermənistanın baş naziri Nikol Paşinyan sülh prosesi ilə bağlı yeni dönəmdə Milli Təhlükəsizlik Xidməti əməkdaşlarının üzərinə böyük yük düşdüyünü deyib.
AzVision.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçi və Brüsseldə keçirdiyi görüşlərdən sonra “sülh gündəmini” irəli daşımaq üçün fürsətin olduğunu söyləyib.

"Əvvəlkilər niyə Qarabağ problemini həll etmədilər"- Paşinyan
Paşinyanın sözlərinə görə, regionda yeni mühit formalaşır. Hansı ki, Ermənistan hakimiyyəti ölkə və bölgə üçün sülh erasını elan edir. Yeni formalaşan şəraitdə isə Milli Təhlükəsizlik Xidmətinin qarşısında yeni, daha mürəkkəb vəzifələr durur.

- Birincisi, ona görə ki, siyasi bəyanatlar hələ ki, onların həyata keçiriləcəyi demək deyil. İkincisi, bu istiqamətdə getmək mümkün olsa, o zaman risklərin idarə edilməsi xeyli mürəkkəbləşəcək.
İstənilən halda, Ermənistan hökuməti tərəqqi üçün əlindən gələni edəcək. Amma belə şəraitdə Milli Təhlükəsizlik Xidməti bu yeni mühitin (sülh mühiti -red.) formalaşması üçün sayıqlığını ikiqat gücləndirməli, fəaliyyətinin səmərəliliyini artırmalıdır. Bu çox məsuliyyətli və əhəmiyyətli bir vəzifədir-,erməni baş nazir deyib.

Baş nazirin sözlərinə görə, hökumət Milli Təhlükəsizlik Xidmətini səmərəli işləməsi üçün bütün lazımi imkanlarla təmin etməlidir. O, etiraf edib ki, uzun illər Ermənistanın xüsusi xidmət orqanları kifayət qədər texniki və sistemli təchizat olmadan fəaliyyət göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sülh  



Xəbər lenti