Rüstəm İbrahimbəyov cəzalandırıla bilər

Rüstəm İbrahimbəyov cəzalandırıla bilər
  03 Aprel 2014    Oxunub:1256
Rusiya Dumasına ikinci vətəndaşlığa malik olan şəxslərlə bağlı 3 yeni qanun layihəsi tədim olunub. Hər üç sənəddə olan ortaq müddəaya görə, Rusiya Federasiyasının vətəndaşları ikinci vətəndaşlıqları ilə bağlı rəsmi orqanları məlumatlandırmalıdırlar.
AzVision.az-ın `Kommersant`a istinadla verdiyi məlumata görə, bunu etməyən və ikinci vətəndaşlığını rəsmi orqanlardan gizli saxlayan şəxslər 200 min rubl və ya 400 saat icbari işlə cəzalandırıla bilərlər. Digər layihədə isə cəzalar 300 min rubl və ya 480 saat nəzərdə tutulur.

Bundan başqa, qanunu pozan şəxs seçkili orqanlarda təmsil olunmaq hüququndan məhrum edilir. Əgər seçkidə iştirak edərsə, onu 3 ilə qədər cəza gözləyəcək.

Qeyd edək ki, Milli Şuranın keçmiş sədri Rüstəm İbrahimbəyovun da ikili vətəndaşlığı var. Demək, hansı qanun layihəsi qəbul olunsa, onun nəticələri İbrahimbəyova da şamil ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti