Putindən ABŞ-a xəbərdarlıq:"Evimizin astanasındadırlar"

Putindən ABŞ-a xəbərdarlıq:"Evimizin astanasındadırlar"
  21 Dekabr 2021    Oxunub:1331
"ABŞ Ukraynadakı planını nəzərə alaraq başa düşməlidir ki, Rusiya harasa geri çəkilməyəcək". AzVision.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyindəki kollegiyanın geniş iclasında məlumat verib.
O qeyd edib ki, əgər aqressiya davam etsə, ruslar hərbi addımlar ata bilərlər.

- Onların indi Ukrayna ərazisində etdikləri, yaxud etməyə çalışdıqları və ya etməyi planlaşdırdıqları milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, evimizin astanasındadır. Başa düşməlidirlər ki, bizim sadəcə olaraq geri çəkiləsi yerimiz yoxdur, - Putin bildirib.

"Rusiyanın təhlükəsizlik təminatı üzrə təklifi ultimatum deyil" - Putin
Rusiya prezidenti ABŞ-ı Avropada gərginliyin artmasında günahlandırıb və qeyd edib ki, indi “biz nəyəsə qərar verməliyik”.

Putin xəbərdarlıq edib ki, “Qərb həmkarlarımızın açıq-aşkar aqressiv xətti davam edərsə, biz adekvat cavab verəcək, hərbi-texniki tədbirlər görəcəyik və qeyri-dost addımlara sərt reaksiya göstərəcəyik”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Putin   Ukrayna   ABŞ  





Xəbər lenti