İrəvanda iranlı qadını soyublar

  İrəvanda iranlı qadını soyublar
  21 Dekabr 2021    Oxunub:1414
Ermənistan paytaxtında iranlı qadına hücum olub. AzVision.az xəbər verir ki, bu barədə erməni kriminal saytları məlumat yayıb.
Bildirilir ki, İrəvanın mərkəzində İran vətəndaşı olan 28 yaşlı Mojada Ş.
adlı şəxsə hücum edənlər onu soyublar.

Qarabağdan daşınmış silahlar Ermənistdanda kriminogen durumu pisləşdirib
- Zərərçəkən polislə əlaqə saxlayaraq deyib ki, Parpetsi küçəsində gəzərkən naməlum şəxslər ona hücum edərək bıçaqla hədələyiblər. Nəticədə İran vətəndaşı çantasını soyğunçulara verib. Mojada çantada kitablar, mobil telefon və içində pulun olduğunu söyləyib. Polis cinayətkarları axtarır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda soyğunçuluq və kriminal hadisələrin sayı xeyli artıb. Ekspertlər bunu müharibədən sonra daha da ağırlaşan sosial durumla əlaqələndirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran   İrəvan   Soyğunçuluq  



Xəbər lenti