Davudoğludan gözlənilməz çıxış: “Ermənilərə qapımız açıqdır”

Davudoğludan gözlənilməz çıxış: “Ermənilərə qapımız açıqdır”
  03 Aprel 2014    Oxunub:1574
“Ermənilər Türkiyəyə gəlmək istəyirlərsə, xoş gəlib, səfa gətirirlər”.

AzVision.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu BMT Təhlükəsizlizlik Şurasındakı çıxışı zamanı deyib.

Türk nazir qeyd edib ki, Suriyada yaşayan ermənilər çətinliklə üzləşdikləri Türkiyə torpaqlarına gələ bilərlər: “Biz onlara hər cür kömək etməyə hazırıq. Xüsusilə də erməni cəmiyyətinə səslənirəm. Heç bir təxribata uymasınlar. Türkiyə tərkibində erməni camaatı olan çox mədəni ölkədir. Suriyanın Kessab qəsəbəsindən və ya başqa bir yerdən ermənilər Türkiyəyə gəlmək istəyərlərsə, xoş gəlib, səfa gətirirlər”-deyə, Əhməd Davudoğlu əlavə edib.

Qeyd edək ki, Ermənilər Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan BMT-yə şikayət ediblər. Onlar beynəlxalq ictimaiyyəti Ərdoğanı türk və azərbaycanlı mücahidlərin Suriya ilə sərhəddə yerləşən Kessab qəsəbəsinə etdiyi hücumlara görə qınamağa çağırıb. BMT-ə edilən müraciətdə qeyd edilir ki, Ərdoğan hökuməti Kessab qəsəbəsində yaşayan Suriya ermənilərinə hücumlar təşkil edir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti