Ermənistan Gömrük İttifaqına mayda qoşulacaq

Ermənistan Gömrük İttifaqına mayda qoşulacaq
  03 Aprel 2014    Oxunub:1106
Erməni hökuməti hesab edir ki, aprelin sonlarına kimi Gömrük İttifaqına qoşulmaq üzrə hazırlıqları yeekunlaşdıracaq.
“Aprelin sonuna kimi bütün işlər yekunlaşdırmalıyıq ki, artıq may ayında Gömrük İttifaqına qoşulmaq üzrə sənədləri imzalayaq”. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan belə bir bəyanatla çıxış edib.

“Ümid edirəm ki, mayda həm Gömrük İttifaqına, həm də Vahid İqtisadi Məkana qoşulacağıq”- Nalbandyan deyib.

Bu arada Ermənistan prezidenti Serj Sarkisyan bildirib ki, Gömrük İttifaqına qoşulmaq üzrə “ yol Xəritəsi” çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 70%-ni yerinə yetirilib, 30 faiz işlər isə reallaşdırılır.

Qeyd edək ki, Ermənistan Gömrük İttifaqına qoşulmaqla acınacaqlı vəziyyətdə olan həyat səviyyəsinin yaxşılacağına ümid edir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti