"Joğovurd" nəşrinin yaydığı məlumata görə, ədalət təmsilçiləri onlara olan siyasi təzyiqlər səbəbindən ədliyyə nazirinə müraciət etməyə hazırlaşırlar.
- Hakimlər hazırkı hakimiyyətin tələbləri ilə bağlı qərarlar qəbul etməkdən imtina etmək istəyirlər. Siyasi sifarişlərdən imtina edənlərə qarşı 2021-ci ilin səkkiz ayında 22 intizam işi açılıb ki, bu da bütün 2020-ci ildəki məlum işlərdən iki dəfə çoxdur,-məqalədə yazılıb.
Xatırladaq ki, hazırda məhkəmə sistemində xeyli sayda keçmiş yüksək vəzifəli şəxslərə qarşı bir sıra işlərə baxılır. Ümumilikdə isə bu ölkədə hakimlərin əksəriyyəti əvvəlki hakimiyyətdən, "Qarabağ klanı"ndan qalma kadrlardır.
Tural Tağıyev
AzVision.az