Amerikalılar şokda: Bir günə milyondan çox yoluxma qeydə alındı

      Amerikalılar şokda:    Bir günə milyondan çox yoluxma qeydə alındı
  04 Yanvar 2022    Oxunub:1039
ABŞ-da ilk dəfə olaraq sutkada milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Con Hopkins Universitetinin məlumatına görə, bu yeni arzuolunmaz rekord sayılır.

Fransada koronavirusun yeni ştamı aşkarlanıb
- Bu yüksək və rekord göstəricidir. 3 yanvar 2022-ci ildə 1 082 549 yoluxma hadisəsi baş verib, - hesabatda deyilir.

"Agence France Presse" isə yazır ki, bu həm də dünya rekordu sayılır.
Ölkədə gün ərzində 1688 xəstə dünyasını dəyişib. Ümumilikdə pandemiya zamanı 56 milyondan çox amerikalı koronavirusa yoluxub ki, onlardan 827,7 mininin həyatını xilas etmək mümkün olmayıb.

ABŞ-da ehtimal edirlər ki, fəsadların artmasına səbəb yeni ştamdır. Ötən həftənin sonunda Nyu-York ştatında koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayının iki dəfə artması həyəcan təbilinə səbəb oldu. Statistika əgər dekabrın 21-də 4452 nəfər idisə, Yeni il ərəfəsində bu rəqəm 8451 nəfər oldu.

Amerikanın yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Entoni Faucinin proqnozlarına görə, ABŞ-da cari dalğa yanvarın sonunda pik nöqtəsinə çata bilər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada 300 milyona yaxın xəstə var. Onlardan 5,4 milyonunu xilas etmək mümkün olmayıb. ABŞ-dan başqa, Hindistan, Braziliya və Böyük Britaniyada pandemiya ağır keçir. Rusiya isə bu siyahıda beşinci yerdədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Yoluxma   Koronavirus   Rekord  



Xəbər lenti