Nur-Sultanda həyati əhəmiyyətli müəssisələr normal rejimdə işləyir

 Nur-Sultanda həyati əhəmiyyətli müəssisələr normal rejimdə işləyir
  06 Yanvar 2022    Oxunub:1228
Qazaxıstanın paytaxtında ictimai nəqliyyat artıq normal rejimdə işləyir. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" "City Transportation Systems" şirkətinin mətbuat katibi Nauat Azanbayevaya istinadən məlumat yayıb.
Azanbayevanın sözlərinə görə, internetdə yaranan fasilələrə görə gediş haqqını ödəyə bilməyən sərnişinlərlə bağlı problemlər yaşanır.

- Yanvarın 5-dən Nur-Sultan vaxtı ilə təxminən saat 17.00-dan qazaxıstanlılar xidmət haqlarını bank kartları ilə ödəyə bilmirdilər,- "Sputnik Qazaxıstan" yazıb. Sayt həmçinin rəsmi daiərələrə istinadən məlumat yayıb ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda bütün həyatı təmin edən obyektlər normal rejimdə işləyir.

KTMT Qazaxıstana sülhməramlı qüvvələr göndərəcək
Məsələn iri ticarət mərkəzlərindən “Keruen”in açıldığı bildirilir. Qeyd olunur ki, günorta saatlarında şəhər komendantı Yerjan Sadenovun çıxışı gözlənilir.

Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin ilk günlərində kütləvi etirazlar başlayıb. Ölkənin qərbindəki neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazının qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Etirazlar daha sonra digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də isə respublikanın keçmiş paytaxtı Alma-Atıda təhlükəsizlik qüvvələri ilə toqquşmalar baş verib, polis qaz və səs-küylü qumbaralardan istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.



Yanvarın 5-də isə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau, Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Elə həmin gün fövqəladə vəziyyət Qazaxıstanın bütün ərazisinə şamil edildi.

Daha sonra Tokayev hökuməti istefaya göndərdi və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik etdi. İlk dövlət başçısı olmuş Nursultan Nazarbayevi isə bu vəzifədən uzaqlaşdırdı.
Yanvarın 6-na keçən gecə Tokayev Təhlükəsizlik Şurasının ilk iclasını keçirdi və Qazaxıstandakı vəziyyəti "dövlətin bütövlüyünə zərbə vurmaq" kimi qiymətləndirdi. Buna əsasən də o terrro təhlükələrini aradan qaldırmaq üçün KTMT-dən kömək istədi. Həmin gecə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. Məlumata görə, qüvvələr ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədi ilə məhdud müddətə göndəriləcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:  





Xəbər lenti