Almatıda güllə yarası alan uşaq ölüb

 Almatıda güllə yarası alan uşaq ölüb
  08 Yanvar 2022    Oxunub:1093
Qazaxıstanda baş verən iğtişaşlar zamanı bir uşaq ölüb. AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstanın Uşaq Hüquqları üzrə Müvəkkili Arujan Sain məlumat yayıb.
O qeyd edib ki, hadisə Almatıda baş verib. və uşağın 11 yaşı var imiş. Mərhum yanvarın 5-də güllə yarasından ölüb.

Qazaxıstanın Taraz şəhərində 6 nəfər öldürülüb
- Valideynlər uşaqları ilə şəhərdə gəzərkən güllə səsi eşidilib və bundan sonra uşağın yaralandığı bəlli olub-,yerli media yazıb.

Eyni zamanda bildirilir ki, yanvarın 7-də 15 yaşlı yeniyetmə də ağır güllə yaraları ilə Almatıdakı uşaq xəstəxanalarından birinə yerləşdirilib. Həkimlər onun həyatı üçün mübarizə aparır və onun atası da xəstəxanada yatır. Ailə avtomobili idarə edərkən silahlı şəxslər ona atəş açıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   Uşaq   Ölüm   İğtişaş  



Xəbər lenti