Qazaxıstanda iğtişaşlar zamanı məhkəmə hakimi öldürülüb

Qazaxıstanda iğtişaşlar zamanı məhkəmə hakimi öldürülüb
  11 Yanvar 2022    Oxunub:535
Qazaxıstanda baş vermiş aksiyalar zamanı bir hakim ölüb. AzVision.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Bildirilir ki, Almatı şəhərində İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəmənin hakimi Murat Abrayev iğtişaşlar zamanı öldürülüb.

Qazaxıstanda iğtişaşlarda Qırğızıstan vətəndaşı ölüb
-Hakim Almatıda yaranmış iğtişaşlar zamanı dünyasını dəyişib. Hələlik onu kimlərin və ya kimin qətlə yetirməsi bəlli deyil, - yerli media yazıb.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib. Hazırda Qazaxıstanda KTMT ölkələrin sülhməramlıları ictimai asayişin bərpasında iştirak edir. Kasım-Jomart Tokayev yanvarın 11-də parlamentin aşağı palatasında çıxışı zamanı deyib ki, KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılmasına iki gündən sonra başlanacaq və bu proses 10 gün ərzində yekunlaşacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qazaxıstan   İğtişaş  





Xəbər lenti