"Güclü əsəblərə ehtiyacımız var"- Paşinyan

"Güclü əsəblərə ehtiyacımız var"-   Paşinyan
  13 Yanvar 2022    Oxunub:1457
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı sərhəddə baş vermiş son insidentlə bağlı danışıb. AzVision.az xəbər verir ki, baş nazir Cənubi Qafqazın sülh yolu ilə inkişafına dair dediyi sözlərə sadiqliyini bəyan edib.
- Təəssüf ki, sərhəddə insan tələfatı ilə nəticələnən insidentlər davam edir. Biz öz siyasətimizi elan etmişik. Mən iki şey haqqında danışmışam və bu, hökumətin proqramında da öz əksini tapıb. Bizim əsas vəzifələrimizdən biri ölkəmizin müdafiə qabiliyyətini ardıcıl olaraq artırmaqdır. Digər tərəfdən demişəm ki, ölkəmiz və region üçün elan etdiyimiz sülhün inkişafı üçün güclü əsəblərə ehtiyacımız var”, - Paşinyan deyib.

Sərhəddəki hadisələrlə bağlı İrəvanda etiraz aksiyası keçirilib - VİDEO
Onun sözlərinə görə, çoxları bunun mümkün olmadığını sübut etməyə çalışacaq.

"Lakin biz ardıcıl olaraq bu yolla gedəcəyik və ölkəmiz ətrafında sabit və təhlükəsiz mühitin formalaşdırılması üçün hər şeyi etməliyik", - baş nazir bildirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sülh  



Xəbər lenti