|
| Sarkisyan külli miqdarda rüşvət almaqda ittiham olunur |

Xatırladaq ki, Serj Sarkisyan hakimiyyətdən devrildikdən sonra ona qarşı bir neçə dəfə cinayət işi qaldırılaraq həbs edilməyə cəhdlər olub.
Sonuncu ittiham isə ötən ilin noyabrında qarşı külli miqdarda rüşvət almaq iddiası ilə irəli sürülüb. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yaymışdı ki, Sarkisyan barəsində başqa yerə getməmək haqqında intizam qətimkan tədbiri seçilib.
Bundan əvvəl isə Ermənistan Xüsusi İstintaq Komitəsi keçmiş prezident Serj Sarkisyanın Almaniyanın Baden-Baden şəhərinə səfərləri ilə bağlı cinayət işi açıb. Bildirilib ki, oktyabrın 8-də Baş Prokurorluğa cinayət işinin başlanması ilə bağlı istintaq materialları daxil olub. İş Cinayət Məcəlləsinin 308-ci maddəsinin 2-ci hissəsi ilə açılıb.
Xatırladaq ki, avqustun 25-də parlamentdə çıxış edən Vətəndaş Müqaviləsi fraksiyasından olan deputat Xaçatur Sukiasyan keçmiş prezident Serj Sarkisyanın Baden-Baden şəhərindəki qumarxanalarda 100 milyon dollar uduzduğunu bildirib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


