"Minlərlə insan ölkəni Paşinyana görə tərk edir" - Tovmasyan

"Minlərlə insan ölkəni Paşinyana görə tərk edir" -    Tovmasyan
  13 Yanvar 2022    Oxunub:1339
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında çıxış etdikdən sonra erməni cəmiyyəti ölkə rəhbərini tənqid atəşinə tutub.
AzVision.az xəbər verir ki, yerli media siyasətçilər, deputat və ziyalıların fikirlərini dərc edərək baş nazirin ölkəni uçuruma doğru aparmasından yazıb.

"Güclü əsəblərə ehtiyacımız var"- Paşinyan
İctimai-siyasi xadim Artur Tovmasyan isə Ermənistanı təkr edənlərin sayının artmasından gileylənib.

- Nikol, minlərlə insan sənin üzündən Ermənistanı tərk edir. Çünki sən onları təhlükəsiz və firavan həyatla təmin edə bilmirsən.

O qeyd edib ki, Paşinyanın hökmranlığı insanları kütləvi şəkildə mühacirətə, aclığa, yoxsulluğa, ümidsizliyə, intihara sürükləyir.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan bu gün hökumətin iclasında çıxışı zamanı deyib ki, ölkənin müdafiə qabiliyyətini artırmağa çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan  



Xəbər lenti