Qazaxıstanda Aİ-ni neftlə hədələyən nazir müavini vəzifədən uzaqlaşdırılıb

Qazaxıstanda Aİ-ni neftlə hədələyən nazir müavini vəzifədən uzaqlaşdırılıb
  15 Yanvar 2022    Oxunub:548
Qazaxıstanda daha bir yüksək rütbəli məmur işdən uzaqlaşdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, energetika nazirinin müavini Jumabay Karaqaev tutduğu vəzifədən azad edilib.

Tokayev Qazaxıstanın yeni hökumətinin tərkibini təsdiqləyib
Xatırladaq ki, bundan öncə yerli mediada xəbərlər yayılmışdı ki, Karaqaev vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb. İddia olunurdu ki, məhz onun fəaliyyəti də ölkədə sosial gərginliyə yol açmış hadisələrə rəvac verib. Maliyyə Monitorinqi Agentliyi isə məmurun saxlanması ilə bağlı yayılan xəbərlərə hələlik münasibət bildirməyib.

Qeyd edək ki, Karaqaev 2019-cu ilin dekabrından nazir müavini vəzifəsində çalışırdı. O, 2021-ci ilin avqustunda Avropa İttifaqını(Aİ) Qazaxıstan neftindən məhrum etməklə hədələyərək gündəmə çevrilmişdi. Karaqayev demişdi ki, Aİ karbon vergisi tətbiq edərsə, ölkəsi neft tədarükünü Çin və Cənub-Şərqi Asiyaya yönləndirəcək.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qazaxıstan  







Xəbər lenti