Ermənistan Təhlükəsizlik Şurasının katibi sülh müqaviləsinin şərtlərini açıqlayıb

   Ermənistan Təhlükəsizlik Şurasının katibi    sülh müqaviləsinin şərtlərini    açıqlayıb
  20 Yanvar 2022    Oxunub:644
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün açıq şərtləri ortaya qoyub. AzVision.az ​xəbər verir ki, o, jurnalistlərə verdiyi açıqlamada rəsmi Bakı ilə sülh müqaviləsinin hazırlanması və imzalanması üçün bir sıra "şərtlər"in mövcud oluğunu deyib.
- Biz hərtərəfli sülh müqaviləsinin hazırlanması üzərində işi davam etdirəcəyik. Bunun üçün "Qarabağ problemi"nin danışıqlar və siyasi mexanizmlər yolu ilə həllini tapmalıyıq və bu ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyü çərçivəsində baş tutmalıdır,- Qriqoryan deyib.

Prezidentin köməkçisi: "Ermənistandan cavab gözləyirik"
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır.

O qeyd edib ki, Prezident İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində Azərbaycan- Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərə də toxunub:

"Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik".

Qeyd edək ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra öz ərazi bütövlüyünü bərpa edərək keçmiş Qarabağ problemini həll etdi. Ermənistanla normal qonşuluq münasibətlərinə başlamaq üçün qarşı tərəf təklif olunan sülh müqaviləsi isə hələ ki, cavabsız qalıb.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Sülh   Ermənistan   Azərbaycan  







Xəbər lenti