"Təhlükəsizliyimizdən narahatıq" - Rusiyalı səfir

   "Təhlükəsizliyimizdən narahatıq" -    Rusiyalı səfir
  22 Yanvar 2022    Oxunub:664
Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov ölkəsinin təhlükəsizliyindən narahat olduğunu açıqlayıb. AzVision.az xəbər verir ki, Kanadanın CBC telekanalına müsahibə verən səfir NATO-nun Rusiya sərhədlərinə qədər genişlənməsini arzuolunmaz hal kimi qiymətləndirərək bunun narahatlıq doğurduğunu deyib.
- Hesab edirik ki, NATO-nun sərhədlərimizə qədər genişlənməsi əsassızdır... Biz təhlükəsizliyimizdən narahatıq, - Stepanov deyib.

ABŞ Ukraynaya hərbi yardım göndərib
O vurğulayıb ki, Rusiya Ukraynanı işğal etmək fikrində deyil. Bundan əlavə, Rusiya səfiri onu da qeyd edib ki, əgər Moskva istədiyini almasa, NATO ölkələri ilə təhlükəsizlik zəmanətləri üzrə danışıqlar uğursuz ola bilər.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə yaranmış gərginlik pik həddə çatıb. Ukrayna ilə sərhəddə yaxın ərazilərdə 100 mindən çox qoşun toplayan Moskva qonşusunu işğal etmək fikrində olmadığını bəyan etsə də, NATO ölkələri Avropanı müharibənin bir addımlığında olduğunu, Kremlin isə tezliklə Kiyevə müharibə elan edəcəyini deyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya   Səfir  





Xəbər lenti