Le Figaro: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"

      Le Figaro:    "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
  22 Yanvar 2022    Oxunub:346
"NATO Baltikyanı ölkələrdə öz hərbi qüvvələrini artırır və Rusiya ilə müharibəyə hazırlaşır. Keçmiş sovet respublikaları Rusiya Federasiyası ilə mümkün müharibə vəziyyətində xüsusi tədbirlər hazırlayan hərbi ittifaqa ev sahibliyi edir".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası Fransanın “Le Figaro” nəşrinə istinadən məlumat yayıb. Məqalə müəllifinin sözlərinə görə, Baltikyanı ölkələrin bütün ərazisi NATO qoşunları ilə doludur.

Ukrayna "Bayraktar"ı havaya qaldırıb: PUA Rusiya sərhədində uçub - FOTOLAR
- Döyüşçülər yerli rusdilli sakinlərdən ehtiyat edərək əsasən meşələrdə özlərinə mövqelər hazırlayırlar. Alyansın hərbçiləri zirehli texnikalarda manevrlər həyata keçirir və düşmənin tank qüvvələri ilə mübarizə üçün döyüş taktikasını öyrənirlər. Latviyadakı komandanlığın Kanada hərbçiləri, Litvada isə almanlar tərəfindən idarə edildiyi bildirilir, - məqalədə yazılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə yaranmış gərginlik pik həddə çatıb. Ukrayna ilə sərhəddə yaxın ərazilərdə 100 mindən çox qoşun toplayan Moskva qonşusunu işğal etmək fikrində olmadığını bəyan etsə də, NATO ölkələri Avropanı müharibənin bir addımlığında olduğunu, Kremlin isə tezliklə Kiyevə müharibə elan edəcəyini deyir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   NATO   Rusiya   Təlim  







Xəbər lenti