Niderlanddan Kiyevə dəstək: "F-35" qırıcıları göndərilir

  Niderlanddan Kiyevə dəstək:    "F-35" qırıcıları göndərilir
  22 Yanvar 2022    Oxunub:1928
Hollandiya Ukraynada müharibə ehtimalı artdığı üçün Kiyevə kömək məqsədilə iki "F-35" qırıcısı ayıracaq. Onların Bolqarıstandakı hava bazasına yerləşdirilməsi qərara alınıb.
AzVision.az xəbər verir ki, bu barədə "DutchNews" nəşri Niderlandın xarici işlər naziri Vopke Hoekstraya istinadən məlumat yayıb.

Hollandiyanın öz qırıcılarını Bolqarıstana dəqiq hansı tarixdə göndərəcəyi isə açıqlanmır. Onların hava polisi missiyasında iştirak edəcəyi gözlənilir.

Le Figaro: "NATO Rusiya ilə müharibəyə hazırlaşır"
- İki "F-35"in Bolqarıstandakı hava bazasında yerləşdirilməsi bu ilin aprelinə planlaşdırılır. Rusiya-Ukrayna sərhədində vəziyyət qəfil gərginləşərsə, oradan təyyarələr istənilən vaxt Kiyevə dəstək verə biləcək. Hava polisinin missiyası NATO-nun hava məkanında patrul xidməti aparmaqdır. Bu isə hava məkanının mümkün pozuntularına cavab verməyə hazır olan döyüş təyyarələrinin daimi mövcudluğunu nəzərdə tutan kollektiv tapşırıqdır, - məqalədə yazılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə yaranmış gərginlik pik həddə çatıb. Ukrayna ilə sərhəddə yaxın ərazilərdə 100 mindən çox qoşun toplayan Moskva qonşusunu işğal etmək fikrində olmadığını bəyan etsə də, NATO ölkələri Avropanı müharibənin bir addımlığında olduğunu, Kremlin isə tezliklə Kiyevə müharibə elan edəcəyini deyir.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Hollandiya   Ukrayna   Müharibə   Qırıcı  







Xəbər lenti