Rusiya Alyaskaya radara düşməyən bomdardmançı təyyarələr göndərib

   Rusiya Alyaskaya radara düşməyən    bomdardmançı təyyarələr    göndərib
  22 Yanvar 2022    Oxunub:832
Rusiya ilə Qərb arasında yaranmış gərginlik fonunda Moskva daha çox ABŞ-a öz hərbi qüdrətini göstərməyə çalışır. Ukrayna böhranı böyüdükcə NATO-nun Kremlə təzyiqlərinin artırmasını görən Rusiya indi də Alyaska istiqamətində hərbi gedişlərə əl atır.
Rusiya hərbi saytlarının yaydığı məlumata görə Aerokosmik Qüvvələrin (VKS) "Tu-160" bombardmançı təyyarələri Alyaska yaxınlığında uçuşlar həyata keçirib. AzVision.az xəbər verir ki, yerli media ekipaj üzvlərinin qeyri-adi istiqamətdən uçaraq xəyali şəkildə ABŞ hərbi bazalarına zərbələrin endirilməsi üzərində məşqlər apardıqlarını yazıb.

Niderlanddan Kiyevə dəstək: "F-35" qırıcıları göndərilir
"Sohu" nəşri isə yazır ki, 13 saat davam edən bu uçuşlar insidentsiz sona çatıb.

- Rusiya raketdaşıyıcıları Alyaskadakı Amerika hərbi obyektlərinə zərbələr endirilməsi əməliyyatı üzərində çalışıblar. Maraqlıdır ki, bu dəfə iki "Tu-160" Frans-İosif arxipelaqı ərazisində qeyri-adi manevrlər həyata keçirib. Təyyarə qeyri-standart marşrut üzrə lazımi nöqtəyə uçub ki, bu da onların ABŞ radar stansiyaları tərəfindən vaxtında aşkarlanmasına imkan verməyib, - məqalədə yazılıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə yaranmış gərginlik pik həddə çatıb. Ukrayna ilə sərhəddə yaxın ərazilərdə 100 mindən çox qoşun toplayan Moskva qonşusunu işğal etmək fikrində olmadığını bəyan etsə də, NATO ölkələri Avropanı müharibənin bir addımlığında olduğunu, Kremlin isə tezliklə Kiyevə müharibə elan edəcəyini deyir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Alyaska   ABŞ   Təyyarə   NATO  





Xəbər lenti