"Sohu" nəşrinin analitikləri isə iddia edirlər ki, Pakistan artıq "S-400"lərin zəif və güclü yerlərini öyrəniblər.
|
| Ukrayna "Bayraktar"ı havaya qaldırıb: PUA Rusiya sərhədində uçub - FOTOLAR |
Ekspertlər belə hesab edirlər ki, Pakistan Rusiyanın sistemlərinə qarşı mübarisə aparmaq üçün əvvəlcədən hazırlaşırmış. İslamabad Pekindən "HQ-9" uzaq mənzilli hava hücumundan müdafiə sistemi alıb.
- Əslində bu sistem Rusiyanın S-300-nün “klonudur”. Həmçinin Pakistan pilotsuz uçuş aparatlarına böyük enerji sərf edir. Həm yerli istehsal, həm də xarici istehsal PUA-lara daha çox diqqət ayrırır. S-400-ləri məhv etmək üçün Türkiyənin "Bayraktar" PUA-ları və ya Pakistanın "ZF1" gözəgörünməz pilotsuz təyyarələrindən istifadə oluna bilər - məqalədə yazılıb.
Mütəxəssislər əmindirlər ki, müasir pilotsuz təyyarələr Rusiyanın hava hücumundan müdafiə sistemlərinə tab gətirə bilər.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


