"Prezidentin istefası iqtidara sürpriz oldu" - Köçəryan

   "Prezidentin istefası iqtidara sürpriz oldu" -    Köçəryan
  24 Yanvar 2022    Oxunub:1667
"Ermənistan prezidentinin istefası hakim “Vətəndaş müqaviləsi” üçün sürpriz oldu". AzVision.az xəbər verir ki, bu barədə erməni deputat, parlamentdə müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın rəhbəri Andranik Köçəryan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Sarkisyanın prezident olduğu müddətdə dəfələrlə istefa vermək üçün ciddi səbəbləri olub. İndi bunu niyə etdiyi onlara bəlli deyil. Eyni zamanda, Köçəryan qalmaqallı istefanı Sarkisyanın səhhətindəki durumdan tutmuş ,“digər hallar”a qədər bir sıra mümkün səbəblərlə əlaqələndirib.

Ermənisayağı istefa: Sarkisyan ölkəni niyə başsız qoydu?
Deputat Sarkisyanın Konstitusiyanın ona öz potensialından ölkənin rifahı naminə tam istifadə etmək imkanı verməməsi ilə bağlı deyilənlərlə isə razılaşmayıb.

- Sarkisyan çox gözəl bilirdi ki, konstitusiya islahatları komissiyası yaradılır və bütün bu problemlər məlum komissiyada müvafiq prosedurlar çərçivəsində müzakirə oluna bilər. Mənə elə gəlir ki, komissiyanın yaradılmasını gözləmədən istefanı elan etmək kimi davranışa görə heç bir izahat gözləmək lazım deyil, - Köçəryan deyib.

İqtidarı təmsil edən deputat "Prezidentə hökumət tərəfindən təzyiq olubmu?" sualına ritorik sualla cavab verib. Jurnalistlər bir ölkənin prezidentinə təzyiq olunmasını necə təsəvvür edirlər axı?

Siyasətçi prezidentin istefasının Türkiyə ilə münasibətlərin qurulması və ya keçmiş Qarabağ münaqişəsi, Azərbaycanla sərhədin demarkasiyası və s. gündəmı uyğun məsələlərlə bağlı ola biləcəyi ilə bağlı deyilənlərlə razılaşmayıb. O, bu versiyanı qeyri-mümkün hesab edir. Komissiya rəhbəri ümid edir ki, mətbuatın və cəmiyyətin istefanın konkret səbəblərini Sarkisyanın özündən öyrənmək imkanı olacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Prezident   İstefa  



Xəbər lenti