"102-ci hərbi bazanın Gümrüdən çıxarılacağı xəbəri gülüncdür" - Erməni deputat

  "102-ci hərbi bazanın Gümrüdən çıxarılacağı xəbəri gülüncdür" -    Erməni deputat
  25 Yanvar 2022    Oxunub:913
"Gümrüdəki Rusiya bazasının ölkədən çıxarılması ehtimalı ilə bağlı yayılan şayiələr əsassızdır". xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Artur Ovanisyan jurnalistlər üçün təşkil etdiyi brifinqdə deyib.
Deputat deyib ki, Ermənistan və Rusiya strateji tərəfdaşdırlar. Türkiyə ilə münasibətlərə gəlincə, ölkələr arasında xüsusi nümayəndələr vasitəsilə baş tutan dialoq hələ yeni başlayıb.

"Rusiya 102-ci hərbi bazanı Gümrüdən çıxarır" - Ermənistan mətbuatı
- Müvafiq strukturlar və Ermənistanın xüsusi nümayəndəsi danışıqların gedişi barədə ictimaiyyəti məlumatlandırır. Amma mən belə danışıqların əsasında nələrin dayandığından xəbərsizəm. Buna(102-ci bazanın çıxarılacağına-red.) heç bir əsas yoxdur. Ona görə də o şərh edilməməlidir, - Ovanisyan deyib.

Onun sözlərinə görə, bu informasiya sadəcə uydurulub. Deputat Vaaqn Hovakimyan isə məlum iddia ilə bağlı suallara belə cavab verib ki, ölkələr arasında razılaşma bazanın 2044-cü ilə qədər qalmasını nəzərdə tutur. O, bu cür iddiaları gülünc adlandırıb.

Qeyd edək ki, ölkənin məşhur nəşrlərindən olan “Joğovurd” Ermənistan-Türkiyə dialoqunun başlaması ilə əlaqədar olaraq yaxın vaxtlarda Gümrüdəki Rusiya hərbi bazasının fəaliyyətinin dayandıracağını yazıb.

Xatırladaq ki, 1995-ci ildə yaradılan və Rusiyaya məxsus olan 102-ci hərbi baza Ermənistanın Şirak rayonunun Gümrü şəhərində yerləşir. 2010-cu ildə həmin hərbi bazayla bağlı dövlətlərarası sənədə düzəliş edildi. Bundan sonra rusiyalı hərbçilərin Gümrüdə qalma müddəti 25 ildən 49 ilə, 2044-cü ilə qədər uzadılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gümrü   Ermənistan   Rusiya   Deputat   Hərbi-Baza  





Xəbər lenti